Rusiya Ukraynaya yenidən hücum etdi

Bu gün səhər Ukraynanın Kiyev, Dnepr, Vinnitsa və digər şəhərlərində partlayışlar baş verib.

Gununsesi.info “Strana”ya istinadən xəbər verir ki, Dneprdə iki güclü partlayış səsi eşidilib.

HTML tutorial

Səhər saatlarında Ukraynanın bütün ərazisində hava hücumu təhlükəsi elan edilib. Hazırda hansı ərazilərdə dağıntıların olması araşdırılır.

Bununla belə, Rusiya tərəfinin hücumu nəticəsində Xarkov və Poltava şəhərlərinin tamamilə işıqsız qaldığı bildirilir. Nəticədə Xarkovda metronun hərəkəti dayandırılıb. Kiyevdə isə sakinlər hava hücumundan qorunmaq üçün metro stansiyalarına sığınıblar.

Gununsesi.info