Dünyaca tanınmış repçinin boyunbağı böyük maraq yaratdı – Milyonlarla dollar… / FOTOLAR

  • By arzu
  • 16 Dekabr 2022 16:41

Tanınmış reper Dreyk öz konsertində 42 nişan üzüyü almasından yaradılmış boyunbağı ilə gündəm olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, brilliantdan ibarət olan “Öncəki Nişanlar” adlı boyunbağının qiyməti dodaq muçuqladır.

HTML tutorial

Qiyməti 25 milyon dollar olan aksessuar nümayişkar görünüşü ilə seçilib. Bu barədə almazçılıq sahəsində mütəxəssis Zak Stoun bildirib.

Zərgər Aleks Mossun əl işi olan bahalı boyunbağı 351 karat brilliantdan ibarətdir.

Boyunmağının hazırlanması 14 ay davam edib. Multimilyonluq brilliant tamamı ilə ağ qızıldan işlənmiş yuvarlaq, zümrüd və armudu brilliantlardan ibarətdir.

Konsertdəki bu aksessuarı ilə mətbu sualların mərkəzinə oturan repçinin bu boyunbağı bir çox media mətbuat orqanında “Ən Təsirləndirici Boyunbağı” olaraq yazılıb.

Xatırladaq ki, maqazin dünyasının yer verdiyi bu xəbərdə repçi Dreykin Hyuston şəhərindəki bir striptiz klubunda 1 milyon dollar xərcləməsi gündəm olmuşdu.

Tərcümə:  Arzu Sayadoğlu

Gununsesi.info