Bu gün Ukraynaya 76 raket atılıb

Bu gün Ukraynaya 76 raket atılıb və pilotsuz təyyarələrlə hücumlar həyata keçirilib.

Gununsesi.info “BBC”yə istinadən xəbər verir ki, Rusiya qüvvələri tərəfindən paytaxt Kiyev, şimal, cənub, qərb və mərkəzdəki şəhərlərə zərbələr endirilib.

HTML tutorial

Belə ki, 9-a yaxın elektrik istehsal edən obyektə ziyan dəyib. Bu da geniş fasilələrə səbəb olub.

Hadisə nəticəsində Roqda 2, Xersonda isə 3 nəfər həlak olub.

Qeyd edək ki, baş verən hücumlar nəticəsində ölkənin enerji sistemi gücünün yarıdan çoxunu itirib.

Gununsesi.info