
Şəkidə 7 otaqlı ev yanıb.
Gununsesi.info-nun xəbərinə görə, yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Baş Küngüt kəndində baş verib.
Həmin kənd sakini Rəsulov Valeh Mövlan oğluna məxsus, ümumi sahəsi 315 kv/m olan kürsülü birmərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğın zamanı 4 otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə, 3 otağın isə tavanı yanıb.
Yanğın yerinə Şəki YMH-dən yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info