Bakıda dördmərtəbəli binada yanğın - 10 nəfər təxliyə edildi

Bakının Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

HTML tutorial

Yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info