Xarici media İmaoğlunun həbsi haqqında nə yazdı?

  • By arzu
  • 16 Dekabr 2022 15:31

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin(İBB) sədri Əkrəm İmamoğlunun Yüksək Seçki Qurumuna həqarət etməsi səbəbi ilə başladılan məhkəmə davası ilə 2 il 5 ay həbs cəzası alması və siyasi qadağa gətirilməsi xarici mediada geniş yer tapıb.

İngilis və ABŞ qəzetləri qərarı gələcək il keçiriləcək seçkilərlə bağlı şərh ediblər. Bəzi yazarlar hazırkı Prezident Ərdoğanın da siyasi yüksəlişinin bənzər bir həbs cəzası ilə sürətləndiyini vurğulayır.

HTML tutorial

 

“Guardian”: Müxalifətə qarşı basqının son addımı

 

İngilis “Guardian” qəzeti məhkəmənin İmamoğlu haqqındakı qərarını seçkidən öncəki ana müxakifət partiyasının önəmli isimləri üzərindəki basqının artırılmasının son addımı olduğunu yazır.

Qəzet CHP İstanbul şəhər başçısı Canan Kaftancıoğlunun da bu il Türkiyə Prezidenti Ərdoğanı aşağılamaq cinayəti səbəbi ilə həbs və siyasi yasaq aldığını qələmə alır.

İngilis qəzeti, ayrıca qarşıdakı yanvar ayında HDP partiyasının qapadılacağı ilə bağlı məhkəmə iclaslarının başladılacağını xatırladıb.

“Financial Times” da İmamoğlunun ictimai yoxlamalarda gələcək prezidentlik seçkilərində Ərdoğanın ən güclü rəqiblərindən olduğunu açıqlayıb. “Uzun zamandır, davam edən iqtisadi böhran 20 ildir Türkiyəni yönəldən Ərdoğanın AK Partiyasına olan dəstəyi bu günə qədərki ən aşağı səviyyələrə endirdi. Ancaq AKP hələ də ölkənin ən böyük partiyasıdır”

İmamoğlunun biri ləğv edilən və iki seçkini qazanaraq İBB Başçısı olduğunu xatırladan “Financial Times” “O gündən bəri hökumət İmamoğlunun əlini-qolunu bağlayır, bələdiyyə varlıqlarını dondurur. Dövlət banklarından kredit almasını əngəlləyir. Xarici təhvil birjalarından borc almasının önünü tıxayır”, yazır.

“Independent”: Ərdoğanın ən məşhur rəqibi

İngilis qəzeti “İndependent” isə İmamoğlundan “Ərdoğanın ən böyük rəqibi” olaraq bəhs edir.  “Ərdoğanın ən qorxutduğu siyasi rəqibinin gələcək ildəki seçkilərdən uzaqlaşdırmaq istəyi qəzəb yaratdı” cümləsinə yer verir.

Qəzet ictimai yoxlamalara görə, İmamoğlunun Ərdoğandan daha məşhur olduğunu iddia edir.  Dərgi Türkiyə iqtidarının məhkəməni siyasi silah olaraq müxalifətə qarşı işlətdiyini vurğulayır.

“New York Times”: Ərdoğan Türkiyəni avtoritarizmə yönəltdi

Məhkəmə davası Amerika mətbuatında hələlik çox yer almazkən bu ölkənin ən tanınmış “New York Times” nəşri yazısında Ərdoğanın Türkiyəni Avtoritarizmə yönəltdiyini iddia etdi.

“20 ildir ki, ölkəni yönəldən Ərdoğan dövlətin geniş sahələri üzərindəki nüfuzunu öz iqtidarını gücləndirib, rəqiblərini baltalamaq üçün istifadə edərək Türkiyəni daha çox avtoritarizmə yönəltdi”.

Adıçəkilən qəzet bu ölkənin Daxili İşlər Naziri Süleyman Soylunun İmamoğlunun tənqidlərinə qarşı ona “axmaq” dediyini xatırladır.

Tərcümə:  Arzu Sayadoğlu

Gununsesi.info