
Berlində hoteldə nəhəng akvarium partlayıb.
Gununsesi.info Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlinin mərkəzində yerləşən “Raddison Blu” hotelində 16 metrlik nəhəng akvarium partlayıb.
Berlinin yanğınsöndürmə xidməti bildirib ki, hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb edilib, hadisənin səbəbi hələ də bəlli deyil.
Hadisə nəticəsində insanların xəsarət alıb-almaması barədə məlumat yoxdur.
Qeyd edək ki, “Sea Life” akvariumunda 1500 tropik balığın olduğu bildirilir və turistlər üçün Berlində məşhur attraksionlardan sayılır. Bu obyekt dünyanın ən böyük silindrik akvariumudur.