
Amerikada indiyədək görünməmiş bir şəkildə cüt başlı və 6 ayaqlı bir qurbağa doğulub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nyu İnqlənd Vəhşi Həyat Mərkəzində nəzarət altına alınan qurbağa yeyib-içməsinə və hərəkətlərinə davam edir. Amerikanın şərq sərhəd sahillərində yerləşən Barnstabledə qorunan qurbağa xəstəxanada doğumla bağlı analizlər üçün araşdırma mövzusu olub. Hazırda X-ray şüaları ilə edilən analizlərdə qurbağanın belinin altında birləşən iki ayrı onurğasının olması və ayaqlarının fərqli beyinlər tərəfindən idarə edildiyi müşahidə edilib.
Qurbağa hazırda üzə bilir. Verilən qidaları həzm edən qurbağanın gündən-günə kökəldiyi görülüb.
Dünya heyvanlıq tarixində nadir görünən bu cür doğum insanların marağını çəkib. Yumurta sarısı ilə bəslənən heyvan həkimlərin kontrolu altındadır.
Tərcümə: Arzu Sayadoğlu