Saakaşvilinin yeni görüntüləri yayıldı - VİDEO

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin müalicə almaq üçün köçürüldüyü “Vivamed” klinikasından yeni görüntüləri yayılıb.

Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, klinikanın direktoru Nino Nadiradze eks-prezidentin tərəfdarlarının həkimlərə qarşı rəftarından narazıdır.

HTML tutorial

“İmedi TV”-yə müsahibə verən həkim tibbi personalın böyük təzyiq altında olduğunu qeyd edib.

Onun sözlərinə görə, hər gün həkimlərə psixoloji və mənəvi dəstək, təsəlli verməli olur.

Qeyd edək ki, həbsdə olan Saakaşvilinin səhhəti pisləşmişdi. Aclıq aksiyası keçirərkən götürülmüş analiz nəticəsində onun bədənindən ağır metallar aşkar olunmuşdu. Hazırda sabiq prezidentin müalicəsi davam etdirilir.Gununsesi.info