Bakıda II Bütöv Azərbaycan Forumu keçiriləcək

Dekabrın 17-də Bakıda II Bütöv Azərbaycan Forumu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.

HTML tutorial

Forum Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə baş tutacaq.

Forumda Azərbaycanın cənubunu təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər.

Gununsesi.info