
Naxçıvan Muxtar Respublikasında aparılan antikorrupsiya əməliyyatları daha bir şəxsin korrupsiya əməllərini üzə çıxarıb.
Gununsesi.info-nun xəbərinə görə, muxtar respublikanın kənd kəsərrüfatı naziri Bəhruz Bayramov da ifadəsi alınmaq üçün Bakıya çağırılıb.
Saytımızı bilgiləndirən mənbə deyib ki, yaxın günlərdə Bəhruz Bayramovun övladının toy məclisi planlaşdırılıb.
Nazirin DTX-da saxlanılıb-saxlanılmayacağı isə bəlli deyil.
Günay
Gununsesi.info