
Fransanın paytaxtı Parisdə demək olar ki, hər yerdə görülən taxtabiti böcəkləri 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərdə narahatlıqları artırıb. Fransaya fövqəladə vəziyyət xəbərdarlığı verilib. Taxtabitilərlə bağlı narahatlıqlar artdıqca, məktəblərə axın etdikləri və tez-tez görünməyə başladıqları barədə məlumat gəlib.
Gununsesi.info xəbər verir ki, ölkə mətbuatında yer alan məlumatlara görə, Parisdə qatarlarda, metrolarda, kinoteatrlarda və xəstəxanalarda görünən taxtabiti böcəkləri getdikcə böyüyən və hökuməti narahat edən problemə çevrilib. 2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransada taxtabiti böcəyi ilə bağlı narahatlıqlar artsa da, məktəblərdə də müşahidə olunmağa başlayıb.
Hökumət sözçüsü Olivier Veran RTL radiosuna verdiyi açıqlamada COVID-19 epidemiyası ilə mübarizə kimi zərərvericilərlə mübarizəni prioritetləşdirdiklərini söyləyib.
Xarici mətbuatın məsələni gündəmə gətirdiyi üçün problemin böyük göründüyünü iddia edən Veran hökumətin məsələni qətiyyətlə həll edəcəyini bildirib.
Parisin demək olar ki, hər yerində taxtabiti böcəkləri göründüyü üçün sosial mediada əks olunan bir çox görüntüdə şəhər sakinləri və biznesmenlər gələn il burada keçiriləcək olimpiya təşkilatlarının mənfi təsirlənəcəyindən narahatdırlar.
Müxalifət, beynəlxalq mətbuatda tez-tez işıq üzü görən Parisdəki taxtabiti “işğalına” görə “ölkənin imicinə xələl gətirildiyi” səbəbi ilə hökuməti tənqid edib.
Sağ və sol millət vəkilləri illər əvvəl bu problemə diqqət çəkdiklərini bildirərək, hökuməti məsələyə məhəl qoymamaqda ittiham ediblər.
Digər tərəfdən Paris Moda Həftəsinə qatılmaq üçün Parisə gələn məşhur model Adriana Lima da Parisdə taxtabiti böcəklərindən şikayətlənib.
Lima İnstaqram hesabında “İpucu… Taxtabiti” ifadəsi və gülümsəyən smayl ilə şəklini paylaşıb.
taxtabiti problemi ölkə gündəmində qaldığı bir vaxtda, hakim partiya bununla mübarizə aparmaq üçün dekabrda parlamentə qanun layihəsi təqdim edəcəyini dünən açıqlayıb.
Səid Əhmədli
Gununsesi.info