Türkiyə Silahlı Qüvvələridən ƏMƏLİYYAT: İki PKK terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 2 PKK terrorçusunu zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində terrorçular zərərsizləşdirilib.

Nazirlik vurğulayıb ki, Türkiyə ordusu terror təhlükəsi tamamilə aradan qaldırılana qədər terrorçulara qarşı qətiyyətlə mübarizəni davam etdirir.