Almaniyadan Türkiyəyə qarşı şübhə doğuran həmlə: Ankaranın yanındakı 5 ölkəni çağırdılar

  • By resul
  • 02 Oktyabr 2023 15:48

Almaniya beş Mərkəzi Asiya ölkəsi ilə strateji tərəfdaşlıq üçün qolları çırmalayıb. Tərəfdaşlığın əhatə dairəsinə iqtisadiyyat, enerji, təbii sərvətlər və regional məsələləri əhatə edəcəyi bildirilir.

Gununsesi.info xəbər verir ki, baş nazir Olaf Şoltsun beş Mərkəzi Asiya ölkəsinin liderləri ilə Berlində keçirəcəyi zirvə görüşündən sonra verilən birgə bəyanatda Almaniya ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında “Strateji Regional Tərəfdaşlıq” qurulacağı açıqlanıb.

Sözügedən tərəfdaşlığın iqtisadiyyat, enerji, təbii ehtiyatlar, iqlim və ətraf mühit, regional əməkdaşlıq kimi sahələri əhatə etdiyi bildirilərkən, tərəflərin bundan sonra və növbəti sammitdə oxşar formatlarda müntəzəm məsləhətləşmələrdə bir araya gələcəkləri açıqlanıb. 2024-cü ildə Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının iştirakı ilə keçiriləcək.

Almaniya kansleri Olaf Şoltsun dəvəti ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emomali Rəhman, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirak etdiyi Berlin sammitində “enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ enerji təchizatı marşrutları” mövzusuna toxunulub.

Görüşdə regionun Qafqaz, Qara dəniz və Türkiyə vasitəsilə Avropaya birləşdirilməsini nəzərdə tutan “Mərkəzi Dəhliz” marşrutunun inkişafına yönəlmiş təşəbbüslərə də dəstək verildiyi bir daha vurğulanıb.

Son illərdə Türkiyənin beynəlxalq düzəndə mühüm siyasi və hərbi gücə çevrilməsi Türkiyə ilə türk dünyası arasında əlaqələrin strateji dərinlik qazanmasının mühüm səbəblərindən biri olub.

Mərkəzi Asiya ölkələri inkişaf edən Asiyanın əsas nöqtələrinə çevrilib. Yeni logistik marşrutlar axtaran Mərkəzi Asiyanın Qərbin diqqət mərkəzinə çevrildiyini bildirən ekspertlər Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzərindən Avropaya gedən Mərkəzi Dəhlizinin inkişafının böyük əhəmiyyət kəsb etdiyini bildirirlər.

Səid Əhmədli
Gununsesi.info