
Gülnarə Kərimovanın Böyük Britaniyadakı üç dəbdəbəli mülkü müsadirə edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ciddi Fraud Office (SFO) Twitter səhifəsində məlumat verilib .
Bildirilir ki, dünən, avqustun 8-də Ali Məhkəmədə Gülnarə Kərimovanın üç dəbdəbəli mülkü müsadirə edilib.
“Özbəkistanın keçmiş prezidentinin qızı Kərimova və ailəsi korrupsiyadan əldə etdiyi gəlirdən 20 milyon funt-sterlinq (təxminən 25 milyon dollar) dəyərində mülk alıblar”, – deyə məlumatda bildirilir. Bu əmlaklar onun Belqraviyadakı iki mənzili və Surreydəki evi kimi qeyd olunub.
Qeyd edək ki,“Ciddi Fraud Office” (SFO) İngiltərə, Uels və Şimali İrlandiyada ciddi və ya mürəkkəb fırıldaqçılıq və korrupsiyanı araşdıran Böyük Britaniya hökumətinin nazirlikdən kənar hökumət departamentidir.
Şəbnəm
Gununsesi.info