Bu ölkədə soyqırım qurbanlarının xatirəsi yad edildi

May ayının  3-də Ruandada Tutsilərə qarşı 1994-cü ildə törədilmiş olan soyqırım qurbanlarının xatirəsini yad edilib. 

Gununsesi.info– xarici mediaya istinadən xəbərə verir ki, anım mərasimində dəfn edilənlərin xatirəsi ehtiramla anılıb və abidənin qarşısına əkili qoyulublar.

Kiqali Konqres Mərkəzində baş tutan tədbirdə bir çox iş adamları və dövlət rəhbərləri çıxış ediblər. Onlar çıxışlarında xalqının  öz millətini yenidən qurmaq üçün yorulmadan, əzmlə çalışarkən göstərdiyi möhkəmlik və cəsarətini digər xalqlar üçün ilham mənbəyi olduğunu vurğulayıb.

Bildirilir ki, “İbuka”-nın rəhbərliyi öz çıxışında soyqırımdan sağ çıxanlara kömək etmək və onları əzmkar olmağa  təşviq edərək onlara öz təşəkkürünü bildirib:

 

“Keçmişin faciələrinin bir daha təkrarlanmamasını təmin edərək, tariximizi qurmağa davam edərkən həmrəy olaq və bir-birimizi dəstəkləyək. Eyni zamanda tariximizi təhrif etməyə və soyqırımı inkar etməyə çalışanlar hələ də orada olduğu üçün bizim üçün ayıq qalmaq çox vacibdir”, – deyə əlavə edib.

 

Gununsesi.info