Şəhidimiz 30 ildən sonra dəfn olundu - Fotolar

Birinci Qarabağ müharibəsində  itkin düşən Elşad Qayımovun 30 il sonra tapılmış qalıqları bu gün dəfn olunub

Gununsesi.info-nun verdiyi xəbərə görə Xaçmazda öz yurdunda torpağa tapşırılıb.

Mərasimə şəhidin ailə üzvləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd sakinləri gəliblər.

Xatırladaq ki, Qayımov Elşad Şirin oğlu 8 yanvar 1974-cü ildə Xaçmaz rayonunda Hacıqurbanoba kəndində dünyaya göz açıb. Hərbi xidmətə 1992-ci ildə yollanıb. Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun yaşayış məntəqələri uğrunda aparılan döyüşlərdə qəhrəmancasına vuruşub.

1994-cü ildə Elşadın valideynlərinə  yaralandığı barədə xəbər verilsədə,  xəstəxanaları belə axtarmalarına baxmayaraq ondan heç bir məlumat əldə edə bilməyiblər.  Şəhid olması sonrakı vaxtlarda  müəyyənləşsə də, dəfn olunduğu yer məlum olmamışdır.




Gununsesi.info