
İran və Ermənistan arasında 500 milyon dollar dəyərində böyük silah müqaviləsi imzalanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Bildirilib ki, “gizli” saziş bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb.
Qeyd edilib ki, İran Ermənistana “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohacer” pilotsuz təyyarələri, habelə “3-cü Xordad”, “Məcid”, “15-ci Xordad” və “Arman” zenit-raket kompleksləri tədarük etmək niyyətindədir.
Gununsesi.info