Polşa Rusiya zərbələrinin nəticələri barədə xəbərdarlıq edib

“Polşa Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarının nəticələrinə görə Ukraynadan yeni qaçqın dalğası ilə üzləşib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşanın Mülki Hüquqların Müdafiəsi Departamentinin rəhbəri Dariuş Marçinski xəbərdarlıq edib.

Onun sözlərinə görə, qarşıdan gələn payız-qış aylarında Ukrayna əhalisinin ölkəyə böyük axınının mümkün olduğuna dair aydın siqnallar var. Marcinski əlavə edib ki, qarşıdakı aylarda bu risklərin səviyyəsi arta bilər: “Bu, Rusiyanın  enerji, istilik və nəqliyyat infrastrukturuna hücumları ilə bağlıdır və bunun nəticələri getdikcə daha çox hiss olunur”

Bildirilir ki, hərbi əməliyyatlar başlayandan sonra iki milyona qədər ukraynalı Polşa sərhədini “rekord müddətdə” keçib.

Eyni zamanda, nəşrin məlumatına görə, qaçqınların əhəmiyyətli hissəsi artıq ölkəni tərk edib.

Bundan əvvəl bildirilmişdi ki, Polşa hakimiyyəti iyulun 1-dən Ukraynadan olan qaçqınlara bir sıra ödənişləri ləğv etmək qərarına gəlib.

 

 

Günay

Gununsesi.info