Bayden özünü ABŞ-ın müharibə etmədiyi əsrdə ilk prezident adlandırdı

ABŞ prezidenti Co Bayden bildirib ki, o, bu əsrdə ölkənin müharibə vəziyyətində olmadığı ilk amerikalı lider olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə televiziya müraciətində deyib.

O, Amerikanın güclü və təhlükəsiz olması üçün işləməyə davam edəcəyini bildirib.

Bayden həmçinin ABŞ-da demokratiyanı qorumaq üçün şəxsi ambisiyalarını qurban vermək və yenidən seçilmək cəhdlərindən əl çəkmək qərarına gəldiyini də bildirib:

“Mən inanıram ki, mənim prezident, qlobal liderlik və Amerikanın gələcəyinə baxışım ikinci müddətə layiqdir. Lakin heç bir şey demokratiyanın, o cümlədən şəxsi ambisiyaların xilas edilməsi yolunda dayana bilməz. Və mən qərara gəldim ki, ən yaxşısı estafeti yeni nəslə ötürməkdir”, – deyə Bayden yekunlaşdırıb.

 

 

Şəbnəm

Gununsesi.info