Salyanda yol qəzası olub, xəsarət alan var

  • By ilhame
  • 24 İyul 2024 22:26

Salyanda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

 

Gununsesi.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində rayonun Qızılağac kənd sakinləri, 1998-ci il təvəllüdlü Dadaşov Orxan Vüqar oğlu, 2001-ci il təvəllüdlü Yolçuyev Ramil Famil oğlu, 2001-ci il təvəllüdlü Dadaşov Xəyal Vüqar oğlu və 1993-cü il təvəllüdlü Həsənov Pərvin Əliyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info