Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatının yarımfinalına yüksəlib

  • By ilhame
  • 24 İyul 2024 21:45

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxıb.

 

Gununsesi.info xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşıb.

 

Qarşılaşma yığmamızın 74:68 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu qalibiyyət Azərbaycan millisini Avropa çempionatının yarımfinalına daşıyıb.

 

Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.

Gununsesi.info