ABŞ pandemiyalarla mübarizə fonduna 667 milyon dollar ayıracaq

  • By ilhame
  • 24 İyul 2024 19:58

ABŞ pandemiyalarla mübarizə fonduna təqribən 667 milyon dollar vəsait ayırmaq niyyətindədir.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.

 

“Birləşmiş Ştatlar pandemiyalarla mübarizə fonduna təqribən 667 milyon dollar məbləğində vəsait ayırmaq niyyətindədir”, – o, Rio-de-Janeyroda G20 ölkələrinin maliyyə qurumları və mərkəzi banklarının rəhbərlərinin görüşündə qeyd edib.

 

Məlumata görə, bu məbləğ fondun 2026-cı ilə qədər pandemiyaya qarşı mübarizə səylərini dəstəkləmək üçün bəyan olunmuş 2 milyard ABŞ dolları məbləğində vəsaitin üçdə bir hissəsini təşkil edəcək.

Gununsesi.info