
Rusiyadan Abxaziya və Cənubi Osetiya ilə bağlı açıqlam səsləndirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının başçısının köməksiçi Dmitri Medvedev açıqlama verib.
Dmitri Medvedev Gürcüstanın iki bölgəsini ilhaq edə biləcəklərini söyləyib.
Dmitri Medvedev yayımlanan yazısında “Rusiyaya qatılma fikri Abxaziya və Cənubi Osetiyada hələ də məşhurdur” ifadələrinə yer verib.
Dmitri Medvedev səbəblər tapılarsa, belə bir addımın atıla biləcəyini bildirib.
Xatırladaq ki, Sovet İttifaqı parçalandıqdan sonra statusu danışılanlar arasındakı olan bölgələr Rusiya-Gürcüstan savaşından sonra feilən müstəqillik qazanmışdı.
Beynəlxalq ictimaiyyət bu bölgələri hələ də Gürcüstan ərazisi kimi tanıyır.
Yalnız Rusiya, Suriya, Nauru, Nikaraqua və Venesuela bu bölgələrin müstəqilliyini tanımaqdadır.
Tərcümə: Arzu