
Meksikada köçkünləri daşıyan avtomobil qəzaya uğrayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 15 nəfər ölüb, 36 adam isə yaralanıb.
Qəzaya uğrayan “TIR” avtomobili köçkünləri daşıyırmış.
Puebla və Oaksa bölgələri arasındakı yolda sərnişin avtomobilinə çırpılan “TIR” qəza edib.
Olaydan sonra nəqliyyat yolu qapadılıb.
Hadisə yerinə çoxlu sayda tibb işçiləri cəlb edilib. Yaralılar xəstəxanalara daşınıb.
Dövlət rəsmiləri olayı və ölənlərin sayını təsdiq ediblər.
Oaksa İcra başçısı Jara Kruz qəza olayından böyük kədər hiss etdiyini bildirib. Qəzaya uğrayanların ailələrinə lazımı dəstəyin veriləcəyini bildirib.
Tərcümə: Arzu