Ukrayna Rusiyaya PUA hücumu etdi – Ölənlər var

  • By arzu
  • 23 Avqust 2023 12:19

Ukrayna Rusiyaya PUA hücumu edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Belqorod bölgəsinin  İcra başçısı Vyaçeslav Qladkov açıqlama verib.

Vyaçeslav Qladkov Ukraynanın PUA ilə hücum etdiyini və 3 nəfərin həlak olduğunu söyləyib.

İcra başçısı Vyaçeslav Qladkov yazılı açıqlamasında Ukrayna ilə sərrhəd bölgəsindəki durumla bağlı vəziyyəti izah edib.

“Ukrayna ordusu insanlar çöldə olarkən PUA-dan partlayıcı buraxıb. İki adam aldıqları yaralar səbəbi ilə olay yerində həyatını itirib. Tibb işçiləri daha bir yaralını xilas etməyə çalışsa da, nəticə verməyib. Ada dünyasını dəyişdi”.

 

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın paytaxt Moskvaya 3 PUA hücumu etməyə çalışdığını və cəhdlərinin əngəlləndiyini açıqlamışdı.

 

Tərcümə: Arzu

Gununsesi.info