
Qəzzada həlak olanların yeni sayı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 5 qırğın törətdiyi, hücumlarda daha 52 fələstinlinin həyatını itirdiyi, 90 fələstinlinin isə yaralandığı bildirilib.
Açıqlamada, İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 34 min 735-ə, yaralıların sayının isə 78 min 108-ə yüksəldiyi qeyd olunub.
Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
Gununsesi.info