
Rusiya Premyer Liqasında cari mövsümün ən erkən qolu vurulub.
Gununsesi.info xəbər verir ki, “Baltika” klubunun futbolçusu Vitali Lisakoviç XXVII turda, “Ural”la matçın 16-cı saniyəsində fərqlənməklə mövsümün rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, Premyer Liqa tarixinin ən erkən qolu “Krasnodar”ın futbolçusu Olakunle Olusequna məxsusdur. O, 2022-ci ildə, “Rostov”la matçın 8-ci saniyəsində vurduğu qolla bu uğura imza atıb.
Gununsesi.info