
İstanbul Böyükşəhər Bələdiyyə sədri (İBB) Əkrəm İmamoğlu ilə Paris Bələdiyyə Başçısı Anne Hidalqo arasında görüş baş tutub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropa Bələdiyyə Başçıları Sammitində iştirak etmək üçün Parisə yollanan Əkrəm İmamoğlu sammitdən əvvəl Paris Bələdiyyə Başçısı Anne Hidalqo ilə bir araya gəliblər.
Avropa Bələdiyyə Başçılarının Parisdə keçiriləcək toplantısına dəvət olunan İmamoğlunu, 31 Mart 2024-cü il yerli seçkilərdəki qələbəsinə görə Hidalgo onu tarixi bələdiyyə binasında təbrik edib.
Görüşdə Əkrəm İmamoğlu Türkiyədəki bələdiyyə saylarının iki dəfə artığını bildirib. Onun sözlərinə görə, Türkiyədə və dünya üzərində demokratiyadan danışmağın vaxtı gəlib.
“Demokratik hisslərimiz son zamanlar cəmiyyətdə reaksiya tapmaqda çətinlik çəkmir. Ona görə də yerli idarəçilərlə bələdiyyə sədrlərini bu şəkildə bir araya gətirmək ideyası indiki dövrdə çox dəyərlidir. İstanbulda və Türkiyədəki seçkilərdə uğurumuz bizim üzərimizə düşən vəzifələri daha da artırdı. Biz daha da uğurlu olmalıyıq. Bütün Türkiyədəki bələdiyyə sayımız iki dəfə artıb. İndi daha çox çalışacağıq. Yeri gəlmişkən, sizə Olimpiya oyunlarında uğurlar arzulayıram”.
Dünyanın ən mühüm iki şəhərini idarə edən hər iki bələdiyyə sədrinin təxminən 1 saat müddət ərzində baş tutan görüşündə şəhərlər arasında mövcud və gələcək əməkdaşlıqları birgə olaraq müzakirə ediblər.
Qeyd edək ki, Parisin bələdiyyə başqanı İmamoğlunun ikinci dəfə bələdiyyə başqanı seçilməsinə görə sevincini gizlədə bilməyib.
Gununsesi.info