
Bugün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumətinin toplantısı keçiriləcək.
Gununsesi.info-nun xəbərinə görə, Nazirlər Kabinetinin toplantısında gündəliyə bir çox məsələləır daxil edilib.
Prezident Ərdoğan bu gün Beştepedə Nazirlər Kabinetinin iclasına sədrlik edəcək.
İclasda iqtisadiyyatdakı son vəziyyətlə yanaşı, müəllim təyinatlarının da müzakirə ediləcəyi gözlənilir. Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işə Türkiyənin müdaxilə qərarı ilə bağlı proses də qiymətləndiriləcək.
Afət
Gununsesi.info