Bu ölkədə anomal istilər 38 nəfərin ölümünə son qoyub

Taylandın paytaxtı Banqkokda rekord orta temperatur qeydə alınıb.  

 

Gununsesi.info xəbər verir ki, paytaxtda tarixdə ən isti aprel ayı olub və hiss olunan temperaturun bəzi yerlərdə 54 dərəcəyə çatdığı qeydə alınıb.

Tayland Səhiyyə Nazirliyinin məlumatında fevralın 22-dən ölkədə həddindən artıq istilər səbəbindən ən azı 38 nəfərin öldüyü deyilir. Onların əksəriyyətinin açıq havada işləyənlər, xəstəlikləri olan insanlar və yaşlılardan ibarət olduğunu bildirib.

İsti dalğanın yay mövsümünün son günlərinə qədər təsirini davam etdirəcəyini bildirən Attapol, Taylandlılara və ölkəyə gələn turistlərə bir həftə ərzində günorta saatlarında lazım olmadıqca çölə çıxmamaları və bol maye içmələri barədə xəbərdarlıq edib.

Mütəxəssislər bildirirlər ki, ölkədə normal olaraq may ayında başlayan yağışlı mövsümün ləngiməsi dünyada baş verən iqlim dəyişikliyi ilə bağlıdır.

 

 

 

Gununsesi.info