
Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AK Partiya) 2024-cü ilin martında keçiriləcək bələdiyyə seçkilər üçün işlərini sürətləndirərkən, İstanbul üçün xüsusi işlər görülür. AK Partiyanın İstanbul üzrə keçirdiyi sorğularda həm potensial bələdiyyə sədri namizədləri, həm də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu sorğulanır.
Gununsesi.info xəbər verir ki, “Gazete Pencere” yazarı Nuray Babacan AK Partiyanın kulislərdə müzakirə edilən İstanbul araşdırmasından yazıb.
“AK Partiya bazası Fəxrəddin Kocanı daha çox tanısa da, keçmiş ətraf mühit naziri Murat Kurumu namizəd kimi görmək istəyirlər”, – deyə müəllif qeyd edib.
Nuray Babacan yazıb ki, son həftələrdə AK Partiyanın bağlı qapılar arxasında “güclü və təsirli namizəd” tapmaq səyləri sürətlənib: “İstanbulda haqqında danışılan iki isim arasında Murat Kurumun önə çıxdığı, seçicilərdən rəyi soruşulan adlar arasında Tevfik Göksu və Adil Karaismailoğlunun geridə qaldığı bildirilir.
Ancaq Tevfik Göksunun kulis fəaliyyətlərini davam etdirdiyi qulağımıza çatan məlumatlar arasındadır”.
Gununsesi.info