
İsrail hakimiyyəti işğal altındakı İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərindəki Əl-Haram Əl-İbrahimi məscidinə müsəlmanların daxil olmasını qadağan edib. Məscidə səfər qadağası iki gün davam edəcək.
Gununsesi.info xəbər verir ki, Əl-Haram Əl-İbrahimi məscidinin rəhbəri Həsən əl-Rəcəbi “Anadolu” agentliyinin əməkdaşı ilə söhbətində “İsrail bu gün yəhudilərin Sukkot (Qazebos) bayramı ilə əlaqədar məscidi iki gün ziyarətçilərin üzünə bağlayıb”.
Onun sözlərinə görə, qadağa tətbiq edildikdən sonra məscidin bütün bölmələri yəhudi köçkünlər üçün açıq olub. “Bir sıra dini ayinlər yüksək səslərlə müşayiət olunurdu. İsrail müxtəlif bayramlar bəhanəsi ilə Əl-Haram Əl-İbrahimi məscidini ildə 10 gün müsəlmanların üzünə bağlayır. Eyni zamanda, dini sayt yəhudi köçkünlər üçün açıqdır”, – Rəcəbi qeyd edib.
Sentyabrın 29-da başlayan yəhudilərin Sukkot bayramı bir həftə davam edəcək.
Səid Əhmədli
Gununsesi.info