Qəzzada ölən fələstinlilərin sayı 25 min 490-a çatıb

Oktyabrın 7-dən blokadada olan Qəzza zolağında İsrailin davam edən hücumlarında həlak olan fələstinlilərin sayı 25 min 490-a çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təkcə son 24 saat ərzində 195 fələstinli İsrailin hücumlarının qurbanı olub, daha 354 nəfər eksklav sakini yaralanıb.

Oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində yaralananların ümumi sayı 63 354 nəfərə çatıb.

Çoxlu sayda fələstinli hələ də dağılmış binaların dağıntıları altında qalıb. Xəbərdə deyilir ki, təcili yardım və mülki müdafiə briqadaları onlara çatmaq istəyərkən çətinliklə üzləşiblər.

Gununsesi.info