Blinken İsrailə səfər edib

ABŞ-ın dövlət katibi Antoni Blinken İsrailə səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X sosial şəbəkəsində yazıb.

“Dövlət katibi Blinken qalan bütün girovların evlərinə qaytarılmasını təmin etmək üçün davam edən səyləri müzakirə etmək üçün İsraildədir. Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzza zolağında fələstinlilərə humanitar yardımı artırmaq vacibdir”, – Miller bəyanatda bildirib. .

Blinken bundan əvvəl Türkiyə, Yunanıstan, BƏƏ, İordaniya, Qətər və Səudiyyə Ərəbistanında olub. Yaxın Şərq turu çərçivəsində dövlət katibi Fələstinə və Misirə də səfər etmək niyyətindədir.

Gununsesi.info