AZAl-ın yeni rəhbəri aeroportda parklanma və icarə qiymətlərini artırıb

  • By admin
  • 18 Yanvar 2024 11:56

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri  Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb.

Gununsesi.info-nun məlumatlarına görə, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb.

Bundan başqa AZAL-ın yeni rəhbərinin daha bir “sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, kargo şirkətləri və restoranlar üçün olub.

Artıq 2024-cü ildən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri  və anbarlar üçün qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır.

Bahalaşma ilə bağlı Hava Limanından şərh almaq mümkün olmayıb.

 

Elmar

Gununsesi.info