İsrail əsgərləri 17 yaşlı ABŞ vətəndaşını başından güllələdi – Ağ Evdən REAKSİYA

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi 17 yaşlı Fələstin əsilli ABŞ vətəndaşının  işğal altındakı İordan çayının qərb sahilində ölümünü “faciəli” adlandırıb.

Gununsesi.info xəbər verir ki, gündəlik brifinqdə çıxış edən Kirbi, İsrail qüvvələri tərəfindən başından vurulan Tofiq Hicazinin ölümünün faciəvi olduğunu bildirib və ailəsinə başsağlığı verib.

Digər tərəfdən ABŞ Dövlət Departamentinin sözçüsü müavini Vedant Patel 17 yaşlı ABŞ vətəndaşının öldürülməsindən şoka düşdüklərini bildirib.

Fələstin əsilli Amerika vətəndaşı Tofiq Hicazi yanvarın 19-da İordan çayının qərb sahilində İsrail ordusu tərəfindən başından güllələnib.

Ötən il oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 369 fələstinli həlak olub.

Gununsesi.info