
Kaliforniya Dövlət Universitetində müəllimlər və bəzi əməkdaşlar maaşların artırılması tələbi ilə bir həftəlik tətilə başlayıblar.
Gununsesi.info bildirir ki, Universitet işçilərinin həmkarlar ittifaqı – Kaliforniya Fakültələri Assosiasiyası (CFA) – təxminən 30 min nəfəri əhatə edir.
Universitetin ştatda 23 kampusu var. Kaliforniya Dövlət Universiteti ABŞ-ın ən böyük təhsil müəssisəsi hesab olunur.
Tətilçilərin tələblərinə daha uzun ödənişli analıq məzuniyyəti də daxildir.
Həmkarlar ittifaqı deyir ki, universitetin “açıq ehtiyat hesablarında” pulu var və əmək haqqı artımını artıq əməliyyat pullarından və 766 milyon dollarlıq Kaliforniya Dövlət Universitetinin fövqəladə ehtiyatlarında olan vəsaitlə ödəyə bilər.
Universitet professoru Leora Fridmanın sözlərinə görə, bu ehtiyat fondlar əmək haqqının artırılması üçün istifadə edilə bilməz, çünki onlar iqtisadi qeyri-müəyyənlik və ya fövqəladə hallar, o cümlədən meşə yanğınları və ya zəlzələlər üçün nəzərdə tutulub.
Gununsesi.info