
36 yaşlı italyan sosial media fenomeni Çiara Ferraqniyə qarşı iki yeni ittiham irəli sürülüb.
Gununsesi.info xəbər verir ki, o, Milad bayramı zamanı satışa çıxarılan “Balocco’s Pink Christmas” tortundan əldə edilən gəlirin bağışlanacağını açıqlasa da, sonradan onun ianə vermədiyi müəyyənləşib.
Haqqında istintaq başladılan Ferraqninin “Dolci Preziosi”nin Pasxa yumurtaları və “Trudi” gəlinciklərinin satışından əldə etdiyi gəliri bağışlamadığı məlum olub.
İtaliya mətbuatında yer alan xəbərlərdə Ferraqninin bu iki proses üçün istintaq altında olduğu açıqlanıb.
Ölkənin ən tanınmış adlarından olan repçi Fedezlə evli olan Ferraqninin tort satışından 1 milyon avrodan çox qazandığı bildirilib.
Ferraqni şirkətinin istintaq altında olduğu və səlahiyyətlilərin pul köçürmələrini ətraflı araşdırdığı açıqlanıb.
Gununsesi.info