
Fevralın 17-dək Prezident seçkilərinə yekun vurulacaq.
Gununsesi.info-nun Secki-2024.az-a istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən (fevralın 7-dən) başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələri təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Gununsesi.info