Avropa Şurasının baş katibindən Rusiyaya cavab: “Bu cür vəhşi hərəkətlərə son qoyulmalıdır”

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın Ukrayna şəhərlərinə yeni kütləvi hücumuna cavab verib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə X sosial media platformasında qeyd edib.

“Rusiyanın Kiyev və Xarkova qarşı növbəti hücumunu qətiyyətlə pisləyirəm. Bu cür vəhşi hərəkətlərə son qoyulmalıdır”, – o yazıb.

Kiyevin meri Vitali Kliçko bildirib ki, vurulan raketlərin dağıntılarının yerə düşməsi nəticəsində paytaxtda uşaqlar da daxil olmaqla 18 nəfər xəsarət alıb.

Xarkovda isə 3 nəfər ölüb, 35 nəfər yaralanıb.

Hərbi Hava Qüvvələri 5-i “İsgəndər” ballistik raketi də daxil olmaqla, Rusiyanın atdığı 41 raketindən cəmi 21-ni məhv etdiyini bildirib.

Polşa Rusiyanın Ukraynaya irimiqyaslı raket hücumu fonunda aviasiyasını işə salıb.

Gununsesi.info