8 milyonluq əmlakı müsadirə edildi -Siyahı

Xəbər verdiyimiz kimi, sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Gununsesi.info – nun məlumatına görə, hökmə əsasən Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə edilib.

 

-Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;

 

-Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;

 

-Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;

 

-Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;

 

-Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;

 

-Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;

 

-Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

 

Qeyd edək ki, S. Müslümova şərti cəza verilib.

 

 

Gununsesi.info