
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan paytaxt Budapeştdə bu ölkənin Baş naziri Viktor Orbanla bir araya gələcək.
Bayram tədbirinə qatılacaq liderlər Macarıstanın Milli Günü münasibəti ilə bir araya gələcəklər.
İki liderin görüşü zamanı Rusiya-Ukrayna savaşı və regional mövzular müzakirə ediləcək.
İki ölkə arasında strateji müttəfiqlik səviyyəsinə yüksəldilən münasibətlərin bir çox sahələrdəki perspektivləri masaya yatırılacaq.
Ortaq ticarət, iqtisadiyyat, mədəniyyət sahələrində işbirliyi dialoqun əsas mövzuları olacaq.
Qaradənizdə gərginliyin azaldılması Rusiya-Ukrayna müharibəsinin Türkiyə-Macarıstan ortaq maraqlarına təsirləri dəyərləndiriləcək.
NATO-nun genişləmə siyasəti və Avropa Birliyi ilə münasibətlər ələ alınacaq.
Tərcümə: Arzu