Keçmiş kansler həbs oluna bilər

Avstriyanın keçmiş federal kansleri Sebastyan Kurz  yalan ifadə verməkdə şübhəli bilindiyi üçün ona qarşı cinayət işi açılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.

Əldə olunan məlumata görə, Kurzun ilk məhkəməsi oktyabrın 18-də keçiriləcək.

Parlament  komitəsinə yalan ifadə verməkdə şübhəli bilinən Sebastyan Kurzu üç ilə qədər həbs cəzası gözləyə bilər.

Qeyd edək ki, Kurz 2017-2019-cu illərdə və  2020-2021-ci illərdə Avstriyanın Federal Kansleri vəzifəsində çalışıb.

O, korrupsiya ittihamları ilə 2021-ci ilin oktyabrında hökumət başçısı vəzifəsindən istefa verərək, siyasətdən getmişdir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info