
Amerikanın keçmiş Prezidenti DOnald Tramp ölkəsinin gəlcəyi ilə bağlı önəmli açıqlamalar verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Tramp dolların dünyadakı hegemoniyasının sarsıldığını söyləyib.
“Ölkələr dollardan istifadədən vaz keçir. Ölkəmiz cəhənnəmə doğru gedir. Artıq böyük adam olmayacağıq”, – deyə siyasətçi bildirib.
“FOX” telekanalına verdiyi müsahibəsində ölkəsinin iqtisadi durumu ilə bağlı düşüncələrini paylaşan Tramp ölkəsinin gücünün azaldığını vurğulayıb.
“Gücümüz var, ancaq azalır. Pul valyutamız baxımdan, hakimiyyətimiz azalır. Yalnız pul vahidimizin dəyəri haqqında deyil, dünya çapında dollardan istifadəni nəzərdə tuturam”.
Donal Tramp Amerikan dollarının dünya rezerv pul valyutası olaraq əldə etdiyi qazancın “hnasısa savaşı uduzmaqdan daha böyük” olduğunun altını cızıb.
“Çöx güclü şeyə sahibik. O da dollarımızdır. Dünya ölkələri dollardan istifadə etməkdən imtina edir. Çinin dolları yuanla əvəzləmək istədiyini bilirik. Bu, bizim üçün düşünülə bilməzdi. Bu, əsla olmazdı. İndi adamlar buun düşünür”, – deyə siyasətçi açıqlayıb.
Amerikanın enerji siyasətinin və iqtisadiyaytdakı eniş və həyat bahalılığındakı artımdan danışan Donal Tramp belə deyib:
“Mənim düşüncəmə görə, inflyasiya enerji tərəfindən tətikləndi. Çünki çox böyükdür inflyasiya”.
Tərcümə: Arzu