
Amerika Birləşmiş Ştatlarından İsrailə etiraz açıqlaması səsləndirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Vaşinqton İsraili gərginliyi artırmaqda ittiham edib.
Bu barədə Amerika Xarici İşlər Nazirliyinin sözcüsü Vedant Patel açıqlama verib.
“İşğal altındakı İordan çayının qərb sahilindəki (Qərbi Şəriə) qanunsuz yəhudi məskunlaşmalarını genişlətmə planı gərginliyi yüksəlməkdədir. İsraillilər və fələstinlilər arasındakı etibarı daha da zədələyir”
Patel gerçəkləşdirdiyi gündəlik mətbuat toplantısında jurnalistlərin suallarını cavablayarkən İsraili bu cür davranışlarından qaçmağa çağırıb.
İsrailin hərbi hissələrini genişləndirmək və yenilərini tikmək üçün 180 milyon dollar ayırması sualına münasibətini açıqlayan Amerikan təmsilçisi bu cür addımların iki dövlətli həllə zərbə endirdiyini bildirib.
Yəhudi məskunlaşdırmalarına şiddətlə qarşı olduqlarını bildirən XİN sözcüsü Patel İsraili hərbi hissələrini genişləndirmək də daxil olmaqla, bu cür addımlardan qaçmağa səsləyib.
Tərcümə: Arzu