Avropa Birliyindən İsrailə etiraz – TƏZMİNAT İSTƏYİRLƏR

  • By arzu
  • 18 Avqust 2023 16:34

Avropa Birliyi(AB) işğal altındakı Qərbi Şəriənin Ayn Samiye bölgəsində maliyyələşdirərək tikdirdiyi məktəbin İsrail hücumu ilə dağıdılmasına etiraz edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qurum İsraili bununla bağlı təzminat verməyə səsləyib.

Bu barədə qurumun sosial media hesabından edilən paylaşımda bildirilir.

AB rəsmiləri məktəbə edilən hücumdan dəhşətə düşdüklərini vurğulayıblar.

İsrailə fələstinli uşaqların təhsil haqlarına sayğı göstərmə çağırışı edilib.

AB-nin rəsmi açıqlamasında Fələstində olan 58 məktəbin uçma təhdidi altında olduğu vurğulanır.

 

Tərcümə: Arzu

Gununsesi.info