Yataraq pul qazanmaq istəyirsinizmi? – 1000 avro qazanmaq fürsəti

  • By arzu
  • 19 Avqust 2023 18:11

Çernoqoriyada maraqlı yarış gerçəkləşdiriləcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iştirakçılar yataraq pul qazanacaqlar.

Bu ölkədə “ən təmbəl bətəndaş” yarışında ilk sıranı tutan adama 1000 avro uduş veriləcək.

Yarışın açıq edlan edilməsindən sonra çoxlu sayda adam müsabiqədə iştirak edə bilmək üçün müraciət edib.

Yarışa qatılanlara 8 saat fasilələrlə ehtiyaclarını qarşılamağa icazə verilir.

Onların telefon işlətməsinə, kitab oxumasına, yemək-içmək ehtiyaclarını qarşılamalarına icazə verilsə də, ayağa qalxmaq qayda pozuntusu sayılır.

Milda Doderoviç son yarışlarda 52 saatlıq rekordu ilə lider olmuşdu. Doderoviç yenidən bu yarışın iştirakçısı olacaq.

 

 

 

Tərcümə: Arzu

Gununsesi.info