TARİXİ SƏFƏR: Abdullahyan Kral Salmanla görüşdü – Prezident Rəisi Ərəbistana səfər edəcək

  • By arzu
  • 18 Avqust 2023 17:57

İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahyan Orta Şərqə önəmli səfər gerçəkləşdirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran rəsmisi Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Vəliəhd Kralı İbn Salmanla görüşüb.

Dialoq zamanı ikitərəfli münasibətlər ələ alınıb.

İranın Xarici İşlər Naziri Abdullahyan görüşün 90 dəqiqəd avam etdiyini bildirib.

Kralm Salman və Abdullahyan görüşü S. Ərəbistanın Ciddə şəhərində olub.

İran rəsmisi səmimi və faydalı bir görüşün keçdiyini və bütün sahələrdə iki ölkə arasındakı münasibətlərin sabit inkişafının önəmini vurğulayıb.

Dialoq zamanı iki ölkə arasındakı bütün tərəflər üçün təhlükəsizlik və inkişaf perspektivlərinin irəlilədilməsi müzakirə edilib.

İkitərəfli işbirliyi fürsətlərinin inkişaf etdirilməsi vurğulanıb.

S. Ərəbistanı Kralı və İran rəsmisi arasındakı dialoq zamanı iki ölkə arasında mövcud durum masaya yatırılıb.

İranin XİN başçısı Abdullahyan İran Prezidenti İbrahim Rəisinin S. Ərəbistanına yaxın zamanda səfər edəcəyini bildirib.

S. Ərəbistanının Xarici İşlər Naziri İbn Salman ölkə Kralı İbn Əbduləziz tərəfindən ölkəyə dəvət edilən Rəisinin bu səfəri üçün səbrsizləndiklərini bildirib.

Xatırladaq ki, iki ölkə uzun sürən diplomatik gərginliklərin ardından Çinin vasitəçiliyi ilə əlaqələrini normallaşdırmağı qərara almışdı.

 

Tərcümə: Arzu

Gununsesi.info