SKANDAL – Rusiyaya torpaq verin, savaş bitsin, bizə üzv olun: NATO-dan Ukraynaya təklif

  • By arzu
  • 16 Avqust 2023 14:20

Rusiya-Ukrayna savaşı şiddətlənməyə davam edərkən NATO-dan Ukraynaya çağırış edilib.

Gununsesi.info xarci mətbuata istinadən xəbər verir ki, dünyanın gündəminə olturan açıqlamanı NATO-nun Ümumi Baş katibi Özəl Dairə Direktoru Steyn Yensen səsləndirib.

Yensen Norveçdəki mətbuat toplantısında Ukraynanın torpaqlarının bir qismini Rusiyaya güzəştə gedəcəyi durumda, NATO üzvü ola biləcəyini və savaşın sona çatdırılacağını bildirdi. Yensen qərarın yalnız Kiyev rəsmiləri tərəfindən verilə biləcəyini söyləyib.

Rəsmi Kiyevdən isə buna cavab gecikməyib. Ukrayna Xarici İşlər Nazirliyinin sözcüsü Oleq Nikolenko bu açıqlamanın qəbuledilməz olduğunu dilə gətirib.

“Belə bir açıqlama Rusiyanın əlini gücləndirməkdən başqa bir işə yaramayacaq”, – deyə Ukrayna rəsmisi açıqlayıb.

 

Nikolenko NATO üzvlüyü üçün Ukrayna torpaqlarının bir qismindən imtina etməyəcəklərini vurğulayıb.

“NATO-nun torpaq satışı etmədiyini ehtimal edirik. NATO bunun əvəzinə, Ukraynanın zəfərini və NATO-ya tam üzvlüyünü qazanmasının sürətləndirmənin yollarını çəkişmək Avropa-Atlantik təhlükəsizliyinin xeyrinədir”.

Ukrayna Prezident Administrasiyasının məsləhətçisi Mixayl Podolyak isə etdiyi açıqlamasında Putinin cəzalandırılmayacağı halda, daha çoxunu istəyəcəyini deyib.

Rusiya isə NATO-nun bu açıqlamasına Təhlükəsizlik Şurasının köməkçisi Dmitri Medvedyevlə cavab verib.

Dmitri Medvedyev NATO-ya üzv ola bilmək üçün Ukraynanın paytaxt Kiyevdən vaz keçmək məcburiyyətində qalacağını söyləyib. Medvedyevin fikrincə, ölkənin yeni paytaxtı Lvov şəhəri ola biləcək.

 

Tərcümə: Arzu

Gununsesi.info